29 avqust 2026. Şənbə

Lando Norris “Maklaren”lə müqaviləsini uzatdı


  • Formula-1
  • 20:35 29.08.2026
  • Oxunma sayı: 44
Lando Norris “Maklaren”lə müqaviləsini uzatdı

Formula-1 üzrə 2025-ci ilin dünya çempionu Lando Norris “Maklaren”lə müqaviləsini uzadıb.

 90deqiqe.Az-ın məlumatına görə, yeni müqaviləyə əsasən, britaniyalı pilot ən azı 2030-cu ilin sonunadək komandada çıxış edəcək. Razılaşmada bu tarixdən sonra əməkdaşlığın daha uzun müddətə uzadılması ilə bağlı bənd də yer alır.

Norris 2019-cu ildən “Maklaren”in pilotudur. O, daha əvvəl – 2017-ci ildə komandanın inkişaf proqramına qoşulub.

Britaniyalı pilot bu müddət ərzində “Maklaren”in heyətində 163 Qran-pridə iştirak edib. Bu göstərici komanda tarixində digər pilotlardan daha çoxdur. Onun aktivində 18 poul-pozişn, 48 podium və Formula-1-də 13 qələbə var.

Norris 2025-ci ildə karyerasında ilk dəfə dünya çempionu titulunu qazanıb. “McLaren” isə ardıcıl ikinci mövsüm Konstruktorlar Kubokunun qalibi olub.

Yeni müqavilə “Maklaren”in ən azı qarşıdakı dörd mövsüm üçün pilot heyətinin sabitliyini təmin edir.

Qeyd edək ki, Lando Norrisin komanda yoldaşı Oskar Piastri ilə müqavilə 2025-ci ilin martında uzadılıb.







Formula-1