- Formula-1
- 00:53 03.09.2026
“Racing Bulls” komandasının pilotu Liam Louson zədələnən İsak Hadjarı əvəz edərək “Red Bull”un heyətində çıxış edəcək.
90deqiqe.Az-ın məlumatına görə, Yeni zelandiyalı pilot İtaliya Qran-prisində “Red Bull”un sükanı arxasına keçəcək. Monzada keçiriləcək yarışda Louson dördqat dünya çempionu Maks Verstappenlə komanda yoldaşı olacaq.
Qeyd edək ki, bu, Lousonun ardıcıl ikinci dəfə əsas “Red Bull” komandasının bolidini idarə etməsi olacaq.
İsak Hadjar isə yay fasiləsi zamanı biləyindən aldığı zədədən sonra bərpa prosesini davam etdirir. “Red Bull”dan bildirilib ki, fransalı pilotun vəziyyətində müsbət irəliləyiş var. Buna baxmayaraq, komanda onun yarışlara qayıdışını riskə atmaq istəmir.
Avstriya təmsilçisi Hadjarın bərpa prosesini yaxından izlədiyini və pilotun ən qısa zamanda sükan arxasına qayıtmasını arzuladığını açıqlayıb.