- Formula-1
- 00:53 03.09.2026
“Mercedes” komandası İtaliya Qran-prisində ADUO proqramı çərçivəsində yenilənmiş güc qurğusundan istifadə etməyəcək.
90deqiqe.Az-ın “Motorsport”a istinadən məlumatına görə, mühərrikin yeni versiyası komandanın bolidlərində yalnız mövsümün oktyabrda keçiriləcək ABŞ mərhələlərində – Ostində və ya Meksika Qran-prisində tətbiq olunacaq.
Bununla belə, Andrea Kimi Antonelli Monzada yeni güc qurğusundan istifadə edəcək. Lakin bu mühərrik “Mercedes”ə ADUO proqramı çərçivəsində icazə verilən təkmilləşdirmələrlə təchiz olunmayacaq.
Antonelli mövsüm üçün qaydalarla müəyyənləşdirilən dörd mühərrikdən artıq istifadə edib. Bu səbəbdən onun beşinci güc qurğusunu işə salması cəza ilə nəticələnəcək və italiyalı pilot yarışa pelotonun sonundan başlayacaq.
“Mercedes”in bu qərarı verməsinin əsas səbəbi Antonellinin mövcud komponent ehtiyatının vəziyyətidir. Əvvəlki güc qurğularının bəzi elementləri bərpa olunmayacaq şəkildə zədələnib. Bu səbəbdən komanda ehtiyat komponentlərini artıq indidən yeniləməyə məcburdur.
Məlumata görə, mövsümün sonunda həm Antonelli, həm də Corc Rassell hərəyə altı güc qurğusundan istifadə edə bilər. Bu isə müəyyən edilmiş limiti aşdıqları üçün gələcəkdə əlavə cəzaların tətbiqinə səbəb olacaq.