- Formula-1
- 15:15 06.09.2026
“Aston Martin” komandasının ispaniyalı pilotu Fernando Alonso Formula-1 üzrə İtaliya Qran-prisinin Monza trasında keçiriləcək yarışına pit-leyn-dən başlayacaq.
90deqiqe.Az xəbər verir ki, buna səbəb komandanın ispaniyalı pilotun bolidinə güc qurğusunun icazə verilən limitdən artıq yeni komponentlərini quraşdırmasıdır.
FIA-nın yayımladığı sənədə əsasən, Alonsonun bolidində mövsüm ərzində icazə verilən üç ədəd limitinə qarşı beşinci MGU-K (kinetik enerjinin bərpası sistemi), altıncı enerji akkumulyatoru (ES) və altıncı idarəetmə elektronikası bloku (PU-CE) dəyişdirilib.
Qeyd olunan bütün dəyişikliklər texniki nümayəndənin razılığı olmadan həyata keçirilib. Bu isə Formula-1-in İdman Reqlamentinin B3.5.3-cü maddəsinin pozulması hesab olunur.
Nəticədə Fernando Alonso İtaliya Qran-prisinə start düzülüşündəki mövqeyindən deyil, pit-leyn-dən başlayacaq.