7 sentyabr 2026. Bazar ertəsi

Liam Louson “Red Bull”un heyətində İspaniya Qran-prisində çıxış edəcək


Liam Louson “Red Bull”un heyətində İspaniya Qran-prisində çıxış edəcək

“Rasinq Bulls”un pilotu Liam Louson “Red Bull”un heyətində İspaniya Qran-prisində çıxış edəcək.

90deqiqe.Az-ın məlumatına görə, Yeni zelandiyalı pilot zədələnən İsaak Hadjarı əvəzləyəcək və əsas komandanın heyətində ardıcıl üçüncü yarışına çıxacaq. Louson dördqat dünya çempionu Maks Ferstappenlə komanda yoldaşı olacaq.

“Red Bull”un yaydığı açıqlamada bildirilib ki, Louson Zandvoort və Monza Qran-prilərindən sonra Madrid mərhələsində də Ferstappenlə birlikdə yarışacaq.

Qərarın İsaak Hadjarın bərpa prosesinin müsbət istiqamətdə davam etməsi ilə əlaqədar qəbul edildiyi qeyd olunub. Bununla belə, fransalı pilot hələ bolidin sükanı arxasına qayıtmağa hazır deyil.

Hadjarın Madridə gedərək komandaya dəstək verəcəyi və yaxın zamanda yenidən sükan arxasına qayıtmasının gözlənildiyi bildirilib.

Qeyd edək ki, İspaniya Qran-prisi Madriddə keçiriləcək.







Formula-1