8 sentyabr 2026. Çərşənbə axşamı

"Formula 1"də mövsümün son yarışı İtaliyaya köçürülür


"Formula 1"də mövsümün son yarışı İtaliyaya köçürülür

2026-cı il Formula 1 dünya çempionatının son mərhələsinin Əbu-Dabidən İtaliyanın İmola trasına keçirilməsi planlaşdırılır.

90deqiqe.Az-ın “Autohebdo”ya istinadən məlumatına görə, İmola artıq Əbu-Dabinin əvəzi kimi seçilib. Qərarın hələ rəsmi şəkildə açıqlanmadığı bildirilib.

Yarışın keçirilmə tarixinin dəyişməyəcəyi qeyd olunur. Belə ki, İmola mərhələsinin dekabrın 4-dən 6-dək keçirilməsi gözlənilir.

Məlumata əsasən, Qətərdə noyabrın 29-na planlaşdırılan Qran-pri isə ləğv ediləcək və onun əvəzinə başqa mərhələ keçirilməyəcək. Bu halda 2026-cı il mövsümü əvvəl nəzərdə tutulan 24 deyil, 22 mərhələdən ibarət olacaq.

Əbu-Dabi Qran-prisinin yerinin dəyişdirilməsinin əsas səbəbi Yaxın Şərqdə davam edən qeyri-sabitlik və bununla bağlı yaranan geosiyasi risklərdir. Bildirilir ki, Formula 1 rəhbərliyi (FOM) və Beynəlxalq Avtomobil Federasiyası (FIA) mövcud şəraitdə Əbu-Dabidə yarış keçirilməsi ilə bağlı riskə getməmək qərarına gəliblər.

Qeyd edək ki, qərarın rəsmən elan olunması gözlənilir.







Formula-1