12 sentyabr 2026. Şənbə

İspaniya Qran-prisi: İkinci sərbəst yürüşdə Antonelli birinci oldu


İspaniya Qran-prisi: İkinci sərbəst yürüşdə Antonelli birinci oldu

Bu gün “Formula-1” üzrə İspaniya Qran-prisinin ikinci sərbəst yürüşü keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Madrinq” trasında baş tutan məşq sessiyasında ən yaxşı nəticəni “Mercedes” komandasının italiyalı pilotu Andrea Kimi Antonelli göstərib.

Monakolu pilot Şarl Lekler (“Ferrari”) ikinci, onun komanda yoldaşı, britaniyalı Lüis Hemilton isə üçüncü olub.

Qeyd edək ki, “McLaren”in britaniyalı pilotu, “Formula-1”in hazırkı dünya çempionu Lando Norris sürətlər qutusu ilə bağlı problem səbəbindən sərbəst yürüşün böyük hissəsini buraxıb və nəticə göstərə bilməyib.

İspaniya Qran-prisinin ikinci sərbəst yürüşündə nəticələr:

  1. Andrea Kimi Antonelli (“Mercedes”) – 1:33.662
  2. Şarl Lekler (“Ferrari”) – +0.113
  3. Lüis Hemilton (“Ferrari”) – +0.149
  4. Arvid Lindblad (“Racing Bulls”) – +0.228
  5. Corc Rassel (“Mercedes”) – +0.337
  6. Maks Verstappen (“Red Bull”) – +0.401
  7. Oskar Piastri (“Maklaren”) – +0.538
  8. Yuki Tsunoda (“Racing Bulls”) – +1.096
  9. Esteban Okon (“Haas”) – +1.205
  10. Liam Lawson (“Red Bull”) – +1.276
  11. Pyer Qasli (“Alpine”) – +1.297
  12. Niko Hülkenberq (“Audi”) – +1.398
  13. Qabriel Bortoleto (“Audi”) – +1.508
  14. Oliver Berman (“Haas”) – +1.541
  15. Franko Kolapinto (“Alpine”) – +2.224
  16. Karlos Sayns (“Uilliams”) – +2.629
  17. Fernando Alonso (“Aston Martin”) – +3.118
  18. Aleks Albon (“Uilliams”) – +3.274
  19. Serxio Peres (“Cadillac”) – +3.533
  20. Lens Stroll (“Aston Martin”) – +4.065
  21. Valtteri Bottas (“Cadillac”) – +4.741
  22. Lando Norris (“Maklaren”) – vaxt göstərməyib.






Formula-1