14 sentyabr 2026. Bazar ertəsi

“Mercedes” pilotu İspaniya Qran-prisində qalib gəldi


  • Formula-1
  • 01:43 14.09.2026
  • Oxunma sayı: 13
“Mercedes” pilotu İspaniya Qran-prisində qalib gəldi

Formula 1 üzrə dünya çempionatında mövsümün 14-cü mərhələsi başa çatıb.

90deqiqe.Az xəbər verir ki, İspaniya Qran-prisinin yarışı Madriddə yeni “Madrinq” trasında keçirilib.

Yarışın qalibi “Mercedes” pilotu Andrea Kimi Antonelli olub. Çempionatın lideri 57 dövrəni ən yaxşı nəticə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

“Red Bull”un pilotu, dördqat dünya çempionu Maks Verstappen finişə ikinci çatıb. “Makaren”in hazırkı dünya çempionu Lando Norris isə üçüncü olub. Qeyd edək ki, Norris yarışa poul-pozisiyadan başlayıb.

İspaniya Qran-prisinin ilk onluğu belə sıralanıb:

  1. Andrea Kimi Antonelli (“Mercedes”)
  2. Maks Verstappen (“Red Bull”)
  3. Lando Norris (“Maklaren”)
  4. Şarl Lekler (“Ferrari”)
  5. Corc Rassel (“Mercedes”)
  6. Liam Louson (“Red Bull”)
  7. Franko Kolapinto (“Alpine”)
  8. Oskar Piastri (“Maklaren”)
  9. Arvid Lindblad (“Racing Bulls”)
  10. Niko Hülkenberq (“Audi”)

Yarışı Karlos Sayns (“Uilliams”), Serxio Peres (“Cadillac”), Lens Stroll (“Aston Martin”) və Lyuis Hemilton (“Ferrari”) finişə çatdıra bilməyiblər.







Formula-1