- Formula-1
- 01:52 14.09.2026
“Mercedes” pilotu və dünya çempionatının lideri Andrea Kimi Antonelli Formula 1 üzrə İspaniya Qran-prisində qazandığı qələbəni şərh edib.
90deqiqe.Az xəbər verir ki, 20 yaşlı pilot yarışın çətin keçdiyini bildirib və “Makaren”in pilotu Lando Norrisə xüsusi diqqət çəkib.
“Yarış, xüsusilə təkərlərlə işləmək baxımından çox çətin keçdi. Qələbə qazanmaq xoşdur, amma bu dəfə əvvəlkilər qədər sevindirici deyil. Çünki düşünürəm ki, bu qələbəyə Lando layiq idi. Amma nəticəni qəbul edirik.
Bizim tempimiz çox yaxşı idi. Xüsusilə yarışın sonlarında sərt təkərlərlə çox güclü idik. Bu, möhtəşəm həftə oldu. Bu həftəsonuna görə təşəkkür edirəm. Gələn il yenidən burada yarışmaq üçün səbirsizlənirəm”, - deyə Antonelli “Sky Sports”a açıqlamasında bildirib.