- Formula-1
- 01:52 14.09.2026
“Mercedes” pilotu Andrea Kimi Antonelli Formula 1 karyerasında səkkizinci qələbəsini qazanaraq komanda yoldaşı Corc Rasseli geridə qoyub.
90deqiqe.Az xəbər verir ki, italiyalı pilot bu göstəriciyə İspaniya Qran-prisində qalib gəlməklə çatıb. Beləliklə, Antonelli Formula 1-də qazandığı qələbələrin sayına görə Rasseli üstələyib.
Corc Rassellin hesabında hazırda yeddi qələbə var. Britaniyalı pilot ilk qələbəsini 2022-ci ildə San-Paulu Qran-prisində qazanıb. Daha sonra o, 2024-cü ildə Avstriya və Las-Veqas, 2025-ci ildə isə Kanada və Sinqapur Qran-prilərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rassell 2026-cı ildə də Avstraliya və Avstriya mərhələlərində qalib gəlib.
Formula 1-də debütünü 2025-ci ildə edən Antonelli isə bütün qələbələrini karyerasının ikinci mövsümündə qazanıb.
İtaliyalı pilot əvvəlcə Çin Qran-prisində qalib gəlib. Daha sonra Yaponiya, Mayami, Kanada, Monako, Belçika, İtaliya və İspaniya mərhələlərində də finiş xəttini ilk keçib.
Beləliklə, Antonelli karyerasında qazandığı qələbələrin sayını səkkizə çatdırıb.