17 sentyabr 2026. Cümə axşamı

2027-ci il Formula 1 təqvimi açıqlanıb - Bakı Qran-prisinin tarixi bəlli oldu


  • Formula-1
  • 13:30 16.09.2026
  • Oxunma sayı: 36
2027-ci il Formula 1 təqvimi açıqlanıb  - Bakı Qran-prisinin tarixi bəlli oldu

2027-ci il Formula 1 dünya çempionatının təqvimi açıqlanıb.

Bakı Şəhər Halqasından  90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan Qran-prisi gələn il sentyabrın 24-26-da keçiriləcək. Beləliklə, Bakı mərhələsi ardıcıl olaraq ikinci il eyni tarixlərdə təşkil olunacaq.

2027-ci il mövsümü martın 12-14-də Bəhreyn Qran-prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu mərhələsi isə dekabrın 10-12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək.

Yeni mövsüm 22 ölkədə təşkil olunacaq 24 Qran-pridən ibarət olacaq. Sprint yarışlarının sayı isə 6-dan 10-a çatdırılacaq.

Mövsümün ilk rəsmi mövsümöncəsi testləri fevralın 24-27-də Bəhreyndəki “Sahir” trasında keçiriləcək.

 FIA prezidenti Məhəmməd ben Sulayem və Formula 1-in prezidenti Stefano Domenikali yeni təqvimin idmanın qlobal inkişafını və azarkeş marağının artmasını əks etdirdiyini bildiriblər.

Beləliklə, 2026 və 2027-ci illərdə Azərbaycan Qran-prisi eyni tarixlərdə – sentyabrın 24-26-da keçiriləcək.

Qeyd edək ki, 2027-ci ildə Portuqaliya və Türkiyə Qran-priləri də Formula 1 təqviminə qayıdacaq.







Formula-1