21 sentyabr 2026. Bazar ertəsi

“Başqalarının nə düşündüyü mənə maraqlı deyil”


“Başqalarının nə düşündüyü mənə maraqlı deyil”

“Red Bull”un heyətində dördqat “Formula-1” dünya çempionu olan niderlandlı pilot Maks Verstappen yeni müqavilə imzalamasına görə ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, Verstappenin müqaviləsini yalnız pul üçün uzatdığı barədə fikirlər səsləndirilib.

— Müqavilənizi yalnız pul üçün uzatdığınıza görə tənqid olundunuz. Buna münasibətiniz necədir?

— Heç bir münasibətim yoxdur.

— Niyə?

— Çünki başqalarının mənim haqqımda nə düşündüyü mənə əhəmiyyətli deyil. Vacib olan ailəmin, rəhbərliyimin, komandamın və mənim özümün buna necə yanaşmağımdır. Özümlə harmoniyada olmalıyam. Hazırda hər şey məhz belədir.

“Bild” Verstappenin sözlərini yayıb.

Qeyd edək ki, niderlandlı pilot “Red Bull”la yeni müqavilə imzalayıb. Razılaşma 2030-cu ilin sonunadək qüvvədə olacaq.







Formula-1