- Formula-1
- 23:36 20.09.2026
“Mercedes” komandasının pilotu Corc Rassell cari mövsümdə “Formula-1” üzrə dünya çempionluğu uğrunda mübarizədə şanslarını dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, britaniyalı pilot çempionluq mübarizəsində iştirak etdiyini düşünmədiyini bildirib:
“Deyə bilmərəm ki, hər şey bitib. Lakin hələ də çempionluq uğrunda mübarizə apardığım ehtimalı olduqca azdır. Hətta bu barədə düşünmürəm, çünki özümü bu mübarizənin iştirakçısı hesab etmirəm. Bu, mənə hər yarışa ayrıca köklənməyə və bacardığım qədər çox qələbə qazanmağa çalışmağa imkan verəcək. Nə olacaqsa, olacaq. Amma... Bəli, vəziyyət belə formalaşıb”.
Qeyd edək ki, hazırda Rassell fərdi sıralamada ikinci pillədə qərarlaşıb. O, lider Andrea Kimi Antonellidən 81 xal geri qalır.