- Formula-1
- 23:00 21.09.2026
“Ferrari”nin pilotu, yeddiqat “Formula-1” dünya çempionu Luis Həmilton 2026-cı il mövsümündə digər komandalarla mübarizəni dəyərləndirib.
90deqiqe.Az-ın “RacingNews365"ə istinadən məlumatına görə, 41 yaşlı britaniyalı pilot hazırkı vəziyyətdən məmnun olduğunu bildirib:
“Hazırda olduğumuz vəziyyətdən zövq alıram. Açığı, ilk dördlükdə yer alan komandalarla birbaşa mübarizənin içindəyik və “Ferrari”nin olması lazım olan yerdən cəmi bir addım geridəyik.
Məqsədimiz çox ehtiyac duyduğumuz növbəti addımı atmaqdır. Bu isə “Mercedes” və hətta digər iki komanda ilə mübarizədə asan olmayacaq. Çünki onların hamısı həqiqətən əla iş görüblər”.
Qeyd edək ki, 14 mərhələdən sonra “Ferrari” Konstruktorlar Kubokunda 358 xalla ikinci pillədə qərarlaşıb. Lider “Mercedes”in isə 503 xalı var.