21 sentyabr 2026. Bazar ertəsi

"Formula-1"də 2027-ci ildən Qran-prilərin məsafəsi qısaldılacaq


"Formula-1"də 2027-ci ildən Qran-prilərin məsafəsi qısaldılacaq

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula-1-in idman reqlamentinə dəyişikliklər edib.

90deqiqe.Az-ın məlumatına görə, dəyişikliklər 2027-ci ildən qüvvəyə minəcək və əsas yeniliklərdən biri Qran-prilərin standart məsafəsinin qısaldılması olacaq.

Belə ki, yarışların standart məsafəsi 305 kilometrdən 290 kilometrə endiriləcək.

Bu dəyişiklik güc qurğularının texniki reqlamentində ediləcək yeniliklərlə əlaqədardır. 2027-ci ildən FIA yarışlar zamanı enerji çatışmazlığı riskini azaltmaq üçün yanacaq sərfiyyatı limitlərini artıracaq.

Yanacaq axınının artırılması isə əvvəlki məsafənin qət edilməsi üçün daha çox yanacaq tələb olunması səbəbindən yarış məsafəsinə yenidən baxılmasını zəruri edib. Nəticədə, Formula-1-də standart yarışlar təxminən 2-3 dövrə daha qısa olacaq.

Bununla belə, yarışın faktiki davametmə müddəti üçün iki saatlıq limit qüvvədə qalacaq.

Qeyd edək ki, dəyişikliklər 2027-ci il reqlamentinə edilən düzəlişlər paketinin bir hissəsidir. FIA bu yenilikləri 2026-cı il mövsümünün ilk mərhələlərindən sonra Formula-1 rəhbərliyi, komandalar və güc qurğusu istehsalçıları ilə razılaşdırıb.

Federasiyanın bildirdiyinə görə, yeniliklər yeni texniki reqlamentin qüvvəyə minməsindən sonra ortaya çıxan, xüsusilə enerji idarəetməsi ilə bağlı problemlərin həllinə yönəlib.







Formula-1