22 sentyabr 2026. Çərşənbə axşamı

FIA 2027-ci ildən sürət qutuları ilə bağlı qaydanı ləğv edir


FIA 2027-ci ildən sürət qutuları ilə bağlı qaydanı ləğv edir

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2027-ci ildən etibarən Formula-1-də sürət qutularının homologasiyasını ləğv edəcək.

90deqiqe.Az-ın məlumatına görə, qərar istehsalçıların işçi qrupu ilə keçirilən məsləhətləşmələrdən sonra və İdman Məsləhət Komitəsinin tövsiyəsi əsasında qəbul olunub.

Yeni qayda transmissiya istehsalçılarına öz həllərini gələcəkdə daha sərbəst şəkildə inkişaf etdirmək və yeniləmək imkanı verəcək.

Hazırkı texniki reqlamentə əsasən, 2027-ci il mövsümünün başlanmasından əvvəl sürət qutusunun konstruksiyası homologasiya edilməli və bundan sonra onun dəyişdirilməsinə ciddi məhdudiyyətlər tətbiq olunmalıdır.

Mövcud qaydalara görə, homologasiyadan keçmiş sürət qutusunun konstruksiyası bir neçə mövsüm ərzində qorunmalıdır. Dəyişikliklərə yalnız müəyyən hallarda, o cümlədən etibarlılıq problemlərinin aradan qaldırılması, xərclərin azaldılması və ya material və komponentlərin əlçatan olmaması ilə bağlı bəzi vəziyyətlərdə icazə verilir.

FIA-nın 2027-ci ildən tətbiq edəcəyi yeni qayda isə komandalar və transmissiya istehsalçıları üçün texniki inkişaf imkanlarını genişləndirəcək.







Formula-1