22 sentyabr 2026. Çərşənbə axşamı

"Formula-1"də yarışların başa çatma qaydası dəyişir


"Formula-1"də yarışların başa çatma qaydası dəyişir

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2027-ci ildən yağış, qəza və ya digər səbəblərdən dayandırılan Formula-1 Qran-prilərinin başa çatdırılması ilə bağlı qaydaları dəyişəcək.

90deqiqe.Az-ın məlumatına görə, yeni qaydalara əsasən, yarış fəaliyyətinin tam başa çatacağı dəqiq vaxt müəyyənləşdiriləcək. Bununla da hazırda tətbiq olunan, dayanacaqlar da nəzərə alınmaqla, üç saatlıq Qran-pri limiti ləğv ediləcək.

Bununla belə, faktiki yarış müddəti üçün iki saatlıq limit qüvvədə qalacaq. Hazırkı idman reqlamentinə əsasən, yarış iki saat ərzində başa çatdırılmadıqda, dayanma müddəti həmin limitə əlavə olunur. Lakin əlavə vaxt nəzərə alınsa belə, Qran-pri ümumilikdə dörd saatdan artıq davam edə bilməz.

2027-ci ildən isə bunun əvəzinə yarış fəaliyyətinin başa çatacağı konkret vaxt müəyyənləşdiriləcək. Həmin vaxt çatdıqda, planlaşdırılan məsafənin tam qət edilib-edilməməsindən asılı olmayaraq, yarış başa çatdırılacaq.

FIA hesab edir ki, yeni qayda gözlənilməz dayanacaqlar baş verdikdə azarkeşlərə tamhüquqlu yarış izləmək üçün daha çox imkan yaradacaq.

Bundan əlavə, federasiya dayandırılan sərbəst yürüş sessiyalarının müddətinin uzadılması ilə bağlı da daha geniş imkanlar təqdim edəcək.







Formula-1