22 sentyabr 2026. Çərşənbə axşamı

“MakLaren” yeni loqosunu təqdim etdi


 “MakLaren” yeni loqosunu təqdim etdi

 “MakLaren” şirkəti yarış bölməsi “McLaren Racing” və avtomobil istehsalı istiqaməti “McLaren Automotive”i birləşdirən yenilənmiş brend kimliyini təqdim edib.

 90deqiqe.Az komandanın rəsmi saytına istinadla xəbər verir ki, yeni vizual üslub şirkətin tarixinə, eləcə də onun Britaniya və Yeni Zelandiya köklərinə əsaslanır.

Yenilənmiş loqo “MakLaren”in yeni kimliyinin əsas elementi olub. Dizayn şirkətin qurucusu Bryus MakLarenin valideynlərinə məxsus Oklenddəki Remyuer şəhərində yerləşən avtomobil servisinin üzərindəki lövhədən ilhamlanıb. Məhz həmin yerdə Bryus MakLaren yarış karyerasında ilk qələbəsini qazandığı avtomobili hazırlayıb.

Bununla yanaşı, şirkət brendin əsas elementlərini qoruyub. “Speedmark” loqosu əsas simvollardan biri olaraq qalır, papayya rəngi isə daha geniş rəng palitrası ilə təqdim edilir. Bryus MakLarenin Yeni Zelandiya mənşəyinə istinad edən “Speedy Kiwi” simvolu da saxlanılıb.

Qeyd edək ki, brend kimliyinin yenilənməsi “MakLaren”in inkişafının yeni mərhələsinin bir hissəsidir. Şirkət 2026-cı ildə Formula 1-də 1000-ci Qran-prisini qeyd edib və markanın “Üçlü tac” uğrunda mübarizə aparmasına imkan verəcək Dünya Dözümlülük Çempionatı üçün yeni hiperkarını təqdim edib.







Formula-1