23 sentyabr 2026. Çərşənbə

Maks Verstappen 2027-ci ildə iki 24 saatlıq yarışda iştirak edə bilər


  • Formula-1
  • 22:12 23.09.2026
  • Oxunma sayı: 45
Maks Verstappen 2027-ci ildə iki 24 saatlıq yarışda iştirak edə bilər

“Red Bull”un 28 yaşlı niderlandlı pilotu, Formula 1-in dördqat dünya çempionu Maks Verstappen 2027-ci il mövsümündə iki 24 saatlıq yarışda iştirak etməyi planlaşdırır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə niderlandlı jurnalist və avtomobil idmanı üzrə mütəxəssis Erik van Haren məlumat verib.

Onun sözlərinə görə, Formula 1 üzrə yarışların təqvimi və hazırlıq prosesi imkan verərsə, Ferstappen gələn il ən azı “Nürburqrinq 24 saat” və “Spa 24 saat” yarışlarında iştirak etmək istəyir.

Van Haren bildirib ki, 2027-ci ildə hər iki yarışın Formula 1 mərhələləri ilə üst-üstə düşməsi nəzərdə tutulmur.

Qeyd edək ki, Verstappen 2026-cı ildə komandası ilə birlikdə “Nürburqrinq 24 saat” yarışında da iştirak edib. Ekipaj məsafənin böyük hissəsini lider kimi keçirsə də, finişə yaxın texniki nasazlıqla üzləşərək mövqeyini itirib.







Formula-1

“Bəzi traslar məhv edilib”
  • Formula-1
  • 22:56 23.09.2026
“Bəzi traslar məhv edilib”
“O, sadəcə əla pilotdur”
  • Formula-1
  • 22:39 23.09.2026
“O, sadəcə əla pilotdur”