23 sentyabr 2026. Çərşənbə

“O, sadəcə əla pilotdur”


  • Formula-1
  • 22:39 23.09.2026
  • Oxunma sayı: 49
“O, sadəcə əla pilotdur”

Formula 1-in dördqat dünya çempionu Maks Verstappen “Mercedes”in 20 yaşlı italiyalı pilotu Andrea Kimi Antonellinin uğurlarını şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, “Red Bull”un niderlandlı pilotu Antonellinin qazandığı nəticələrin hər hansı gizli səbəblə əlaqəli olmadığını, onun istedadı və bacarığı sayəsində ön sıralarda mübarizə apardığını bildirib.

“Düşünmürəm ki, burada hansısa sirr var. Kimi sadəcə əla pilotdur. Əla pilot olduğunuz zaman, əlbəttə, avtomobiliniz də səviyyənizə uyğun olmalıdır və belə olduqda sonda ön sıralarda mübarizə aparırsınız”,

Hazırda Andrea Kimi Antonelli Formula 1 üzrə pilotların şəxsi hesabında liderdir. İtaliyalı sürücü mövsümün 14 mərhələsindən sonra 292 xal toplayıb.

Qeyd edək ki, Formula 1 üzrə mövsümün 15-ci mərhələsi sentyabrın 24-26-da Azərbaycanda keçiriləcək.







Formula-1

“Bəzi traslar məhv edilib”
  • Formula-1
  • 22:56 23.09.2026
“Bəzi traslar məhv edilib”
“O, sadəcə əla pilotdur”
  • Formula-1
  • 22:39 23.09.2026
“O, sadəcə əla pilotdur”