25 sentyabr 2026. Cümə

“1,5 saniyəlik geriləmə ürəyimə bıçaq kimi batır”


  • Formula-1
  • 23:11 24.09.2026
  • Oxunma sayı: 17
“1,5 saniyəlik geriləmə ürəyimə bıçaq kimi batır”

“Maklaren” pilotu Lando Norris Azərbaycan Qran-prisində liderlərdən sürət baxımından geri qalmalarının onun üçün xüsusilə məyusedici olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, “RacingNews365” pilotçunun dediklərini belə çatdırıb.

“Biz çox geridəyik. Demək istəyirəm ki, təxminən gözlədiyimiz yerdəyik, amma 1,5 saniyəlik geriləmə olduqca pisdir. Gecə ərzində nə edə biləcəyimizə baxacağıq. Çünki bolid o qədər də pis hiss etdirmir. Sadəcə nə qədər geridə olduğumuzu görəndə bu, ürəyinə kiçik bir bıçaq kimi batır.

Mənim boliddə özümü nə qədər inamlı hiss etməyimin heç bir əhəmiyyəti yoxdur. Məni yalnız sürət maraqlandırır. Biz kifayət qədər sürətli deyilik və buna görə də mənim üçün fərqi yoxdur. Mənə hansı bolidi verirlərsə, onu idarə edirəm və sadəcə onun sürətli olmasını istəyirəm. Hazırda o qədər də sürətli deyil. Amma görək, nəyi dəyişə biləcəyik”







Formula-1

“Bəzi traslar məhv edilib”
  • Formula-1
  • 22:56 23.09.2026
“Bəzi traslar məhv edilib”
“O, sadəcə əla pilotdur”
  • Formula-1
  • 22:39 23.09.2026
“O, sadəcə əla pilotdur”