- Formula-1
- 23:13 24.09.2026
“Red Bull”un pilotu, dördqat Formula 1 dünya çempionu Maks Verstappen Azərbaycan Qran-prisinin ilk məşq günündən sonra komandanın çıxışını dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot bildirib ki, bolidə edilən yeniliklər gözlənilən nəticəni verir və komanda hazırda liderlər qrupundadır.
“Bu gün hər şey kifayət qədər yaxşı keçdi. Boliddən razı qaldım. Bir neçə məqamı dəqiqləşdirmək və əlavə performans tapmaq üzərində işlədik. Komanda üçün yaxşı başlanğıc oldu.
Hazırda liderlər arasında olduğumuz görünür və podium uğrunda mübarizə apara bilərik. Buna görə də sadəcə bir qədər sürətimizi artırmalıyıq. Yeniliklər yaxşı işləyir və bu, müsbət məqamdır. Sabah hər şeyin necə inkişaf edəcəyinə baxacağıq”, – deyə Verstappenin sözlərini komandanın mətbuat xidməti sitat gətirib.