- Formula-1
- 17:19 25.09.2026
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə sprint yarışına start verilib.
90deqiqe.Az-ın məlumatına görə, 11 komandadan 22 pilotun mübarizə apardığı sprint yarışı 50 dəqiqə davam edəcək.
Bu gün saat 12:30-da Formula 1 üzrə üçüncü sərbəst yürüş keçiriləcək. Formula 2 üzrə əsas yarışa saat 14:15-də start veriləcək.
Günün əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq sıralama turu 17:00-da başa çatacaq.