- Formula-1
- 17:19 25.09.2026
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə sprint yarışı başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, 50 dəqiqə davam edən mübarizədə “Dams Lucas Oil” komandasının isveçli pilotu Dino Beganoviç finişə birinci çatıb.
“Trident”in niderlandlı sürücüsü Laurens van Hoepen ikinci, “Rodin” komandasının britaniyalı pilotu Aleks Dann isə üçüncü yeri tutub.
Qeyd edək ki, bu gün saat 12:30-da Formula 1 üzrə üçüncü sərbəst yürüş keçiriləcək. Formula 2 üzrə əsas yarışa saat 14:15-də start veriləcək.
Günün əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq sıralama turu 17:00-da başa çatacaq.
Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.