- Formula-1
- 17:19 25.09.2026
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə sprint yarışının qalibləri mükafatlandırılıb.
90deqiqe.Az-ın məlumatına görə, “DAMS Lucas Oil” komandasının isveçli pilotu Dino Beqanoviç birinci, “Trident”in niderlandlı sürücüsü Laurens van Hoepen ikinci, “Rodin” komandasının pilotu Aleks Dann isə üçüncü yeri tutub.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.