- Formula-1
- 17:19 25.09.2026
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş sessiyası yekunlaşıb.
90deqiqe.Az-ın məlumatına görə,11 komandanın iştirak etdiyi yürüşdə ən yaxşı nəticəni “Red Bull”un niderlandlı pilotu Maks Verstappen göstərib. “Mercedes”in britaniyalı sürücüsü Corc Rassel ikinci, “Ferrari”nin britaniyalı pilotu Luis Hemilton isə üçüncü olub.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinin ilk iki sərbəst yürüşündə ən yaxşı nəticəyə Corc Rassel imza atmışdı.
Bu gün Formula 2 üzrə əsas yarış da keçiriləcək. Günün son əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq mübarizə 17:00-da başa çatacaq.
Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.