- Formula-1
- 17:19 25.09.2026
Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-Prisinin ilk əsas yarışı başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, mübarizədə ən yaxşı nəticəni “Rodin” komandasının irlandiyalı pilotu Aleks Dann göstərərək finiş xəttini birinci keçib.
Onun komanda yoldaşı Martinius Stenşorne ikinci, “DAMS Lucas Oil”ın isveçli sürücüsü Dino Beqanoviç isə üçüncü olub.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.