- Formula-1
- 23:38 25.09.2026
“Red Bull”un pilotu Maks Verstappen Azərbaycan Qran-prisinin sıralanma turunda yaşadığı problemlər barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, dördqat dünya çempionu son dövrəsində sarı bayraqlarla qarşılaşıb. Buna baxmayaraq, Verstappen nəticəsini bununla izah etməyib.
Niderlandlı pilotun sözlərinə görə, sıralanmanın ilk seqmentindən etibarən düzlüklərdə komanda yoldaşı İsak Hadjarla müqayisədə təxminən yarım saniyə geri qalırdı. Ferstappen bunun səbəbini isə başa düşmədiyini bildirib.
“Əgər birdən-birə bu qədər problemlə qarşılaşırsansa, deməli, poul mövqeyinə layiq deyilsən”, - deyə Ferstappen bildirib.
Azərbaycan Qran-prisinin yarış həftəsonu sentyabrın 24-dən 26-dək Bakıda keçirilir.
Yarışın bazar günündən şənbə gününə keçirilməsinə səbəb Azərbaycan rəsmilərinin Qran-prinin 24 saat daha erkən keçirilməsi ilə bağlı müraciəti olub. Sentyabrın 27-si Azərbaycanda hər il Anım Günü kimi qeyd olunur.