26 sentyabr 2026. Şənbə

Formula 2 Azərbaycan Qran-Prisinin ikinci yarışında qalib bəlli oldu


  • Formula-1
  • 12:28 26.09.2026
  • Oxunma sayı: 45
Formula 2 Azərbaycan Qran-Prisinin ikinci yarışında qalib bəlli oldu

Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-Prisinin ikinci əsas yarışı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Invicta” komandasının pilotu Rafael Kamara finiş xəttini birinci keçib. “Campos”un sürücüsü Nikola Tsolov ikinci, “Rodin”in pilotu Aleks Dann isə üçüncü yeri tutub.

Qeyd edək ki, ötən gün Formula 2 Azərbaycan Qran-Prisinin sprint yarışında “DAMS Lucas Oil” komandasının pilotu Dino Beqanoviç, ilk əsas yarışında isə “Rodin”in sürücüsü Aleks Dann qalib olub.

Günün əsas yarışı Formula 1 üzrə Azərbaycan Qran-Prisinin final yürüşü olacaq. Mübarizə saat 15:00-da başlayacaq.







Formula-1