26 sentyabr 2026. Şənbə

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb


  • Formula-1
  • 12:45 26.09.2026
  • Oxunma sayı: 42
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb

Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-Prisinin ikinci əsas yarışında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Invicta” komandasının pilotu Rafael Kamara birinci, “Campos”un sürücüsü Nikola Tsolov ikinci, “Rodin”in pilotu Aleks Dann isə üçüncü pillədə yer alıb.

Qeyd edək ki, ötən gün Formula 2 Azərbaycan Qran-Prisinin sprint yarışında “DAMS Lucas Oil” komandasının pilotu Dino Beqanoviç, ilk əsas yarışında isə “Rodin”in sürücüsü Aleks Dann qalib olub.

Günün əsas yarışı isə Formula 1 üzrə Azərbaycan Qran-Prisinin əsas yürüşü olacaq. Mübarizəyə saat 15:00-da start veriləcək.







Formula-1