- Formula-1
- 17:23 26.09.2026
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell bütün rəqiblərini qabaqlayaraq finiş xəttini birinci keçib. Bununla da Rassell Bakı trasında ilk qələbəsini qazanıb.
“Red Bull”un niderlandlı sürücüsü Maks Verstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü yeri tutub.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışında 11 komandadan 22 pilot mübarizə aparıb.