26 sentyabr 2026. Şənbə

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıb


  • Formula-1
  • 17:23 26.09.2026
  • Oxunma sayı: 41
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıb

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell fəxri kürsünün ilk pilləsində yer alıb. “Red Bull”un niderlandlı sürücüsü Maks Verstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.

Qaliblərə mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem təqdim ediblər.







Formula-1