27 sentyabr 2026. Bazar günü

Kolapintoya Azərbaycan Qran-prisindəki insidentə görə cəza verildi


  • Formula-1
  • 23:40 26.09.2026
  • Oxunma sayı: 38
Kolapintoya Azərbaycan Qran-prisindəki insidentə görə cəza verildi

Azərbaycan Qran-prisinin stüardları “Alpine” komandasının pilotu Franko Kolapintonun iştirakı ilə baş verən insidentlə bağlı qərar qəbul ediblər.

90deqiqe.Az-ın məlumatına görə, Kolapinto hadisəyə görə 10 saniyəlik cərimə alıb. Lakin argentinalı pilot yarışı başa çatdıra bilmədiyi və cəzanı tətbiq etmək mümkün olmadığı üçün bu sanksiya növbəti iştirak edəcəyi Qran-pridə start mövqeyindən 5 yer geri salınmaqla əvəzlənib.

Stüardların qərarında qeyd olunub ki, restartdan sonra ilk döngədə Kolapinto “Alpine” bolidi ilə Pyer Qaslının arxasına yaxınlaşıb və gec əyləcləyib. Pilot daxili trayektoriya ilə döngəyə daxil olsa da, bolid üzərində nəzarəti saxlaya bilməyib.

Nəticədə Kolapinto trasdan çıxaraq Qaslının bolidinin sol tərəfinə çırpılıb. Toqquşmanın ardından Qaslının bolidi “McLaren” pilotu Lando Norrisə dəyib.

Hadisə nəticəsində həm Qasli, həm də Norris yarışı davam etdirə bilməyib.

Stüardlar bildiriblər ki, belə insidentə səbəb olan pilot üçün standart cəza 10 saniyəlik cərimədir. Lakin Kolapinto yarışı başa çatdırmadığı üçün cəza növbəti Qran-prinin startında 5 mövqe itirilməsi ilə əvəzlənib.







Formula-1