- Formula-1
- 23:49 26.09.2026
“Formula-1” üzrə hazırkı dünya çempionu və “Maklaren” pilotu Lando Norris Azərbaycan Qran-prisində yarışını yarımçıq başa vurmasına səbəb olan insidentdən sonra “Alpine”nin argentinalı pilotu Franko Kolapintonu sərt tənqid edib.
90deqiqe.Az-ın məlumatına görə, Norris qəza ilə bağlı “Sky Sports”a açıqlamasında deyib:
“Məni sadəcə yarışdan çıxardılar. Açığı, bəzi pilotların Formula-1-də yeri yoxdur”.
Kolapinto isə insidenti “böyük səhv” adlandırıb və komanda yoldaşı Pyer Qaslidən, eləcə də Norrisdən üzr istəyib.
Hadisə təhlükəsizlik avtomobilindən sonra baş tutan restart zamanı, ilk döngədə qeydə alınıb. Kolapinto gec əyləcləyərək Qaslının bolidinə çırpılıb. Toqquşmadan sonra Qaslının bolidi Norrisin idarə etdiyi “Maklaren”ə dəyib.
Nəticədə hər iki pilot yarışı davam etdirə bilməyib.