- Formula-1
- 23:49 26.09.2026
“Mercedes” komandasının pilotu Corc Rassel Azərbaycan Qran-prisində “Alpine” sürücüsü Franko Kolapintonun iştirakı ilə baş verən qəzanı şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, Rassel hesab edir ki, insident təhlükəsizlik avtomobilindən sonra baş tutan restart, soyuq təkərlər və kiçik bir səhvin bir araya gəlməsi nəticəsində baş verib.
“Düşünürəm ki, təhlükəsizlik avtomobilindən sonra restart, soyuq təkərlər və çox kiçik bir səhv ciddi nəticələrə səbəb ola bilər. Bu gün gördüklərimə əsasən, məhz belə də oldu. Şəxsən mən hesab edirəm ki, yarışdan kənarlaşdırılma cəzası yalnız qəsdən həqiqətən təhlükəli və ehtiyatsız hərəkət edən pilotlara tətbiq edilməlidir. Bu halda isə düşünürəm ki, sadəcə xoşagəlməz bir insident baş verdi”, – deyə Rasselin sözlərini “Washington Post” sitat gətirib.
Qeyd edək ki, qəza nəticəsində Kolapintonun komanda yoldaşı Pyer Qasli və hazırkı “Formula-1” dünya çempionu Lando Norris yarışı davam etdirə bilməyib.