27 sentyabr 2026. Bazar günü

Verstappen Norrisin sərt cəza çağırışına qarşı çıxdı


  • Formula-1
  • 23:49 26.09.2026
  • Oxunma sayı: 54
Verstappen Norrisin sərt cəza çağırışına qarşı çıxdı

“Red Bull” pilotu Maks Verstappen Azərbaycan Qran-prisində baş verən qəza ilə bağlı hazırkı dünya çempionu Lando Norrisin fikirlərinə münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, Verstappen isə hesab edir ki, bir yarışlıq diskvalifikasiya bu vəziyyətdə həddindən artıq sərt cəza olardı.

“Düşünürəm ki, əsas məsələ, əlbəttə, hadisəyə səbəb olan pilotun nə etdiyini anlaması və üzr istəməsidir. Belə hallar baş verə bilər. Kiçik bir səhv və ya vəziyyətin düzgün qiymətləndirilməməsi, təkərlərin bloklanması, tutuşun zəif olduğu daxili trayektoriyaya düşmək və nəticədə sadəcə bəxtsizlik üzündən bunun bir neçə bolidə təsir etməsi mümkündür.

Amma bəli, xoşagəlməz vəziyyətdir, belə hallar olur. Düşünürəm ki, bu hadisənin iştirakçılarından heç biri üçün yaxşı nəticə deyil. Lakin qeyd edildiyi kimi, məncə, bir yarışlıq diskvalifikasiya artıq həddindən artıq sərt cəza olardı”, – deyə Verstappenin sözlərini FIA-nın rəsmi saytı yayıb.

Xatırladaq ki, Norris “Alpine” pilotu Franko Kolapintonun iştirakı ilə baş verən insidentdən sonra belə hallarda pilotların daha sərt cəzalandırılmasının tərəfdarı olduğunu açıqlamışdı. Britaniyalı sürücü bu cür insidentlərə görə yarışdan kənarlaşdırılma cəzasının tətbiq edilməli olduğunu bildirmişdi.







Formula-1