29 sentyabr 2026. Çərşənbə axşamı

“Özümüzü aldatmamalıyıq, ən yaxşı bolid artıq bizdə deyil”


  • Formula-1
  • 23:43 28.09.2026
  • Oxunma sayı: 37
“Özümüzü aldatmamalıyıq, ən yaxşı bolid artıq bizdə deyil”

“Ferrari”nin monakolu pilotu Şarl Lekler komandanın artıq Formula 1-də ən yaxşı şassiyə sahib olmadığını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, Lekler “Maklaren” və “Red Bull”un son yarışlarda ciddi irəliləyiş əldə etdiyini, “Mercedes”in də döngələrdə sürətini artırdığını qeyd edib.

“Özümüzü aldatmamalıyıq: “Maklaren” və “Red Bull” böyük addım atıblar. Düşünürəm ki, “Mercedes” də döngələrdə sürət baxımından irəliləyir. Buna görə də hazırda mövsümün əvvəlində olduğu kimi ən yaxşı şassiyə sahib olduğumuzu düşünmürəm. Bunun üzərində işləməli və yenidən daha yüksək səviyyəyə qayıtmalıyıq”, – deyə Lekler “Crash.net”ə bildirib.

Qeyd edək ki, “Ferrari” iyulda keçirilən Belçika Qran-prisindən sonra podiuma yüksələ bilməyib. Bakıda isə Lekler yarışı yalnız 4-cü pillədə başa vurub.

Monzada tətbiq olunan ADUO 2 mühərrik yeniləməsi də “Mercedes” və “Red Bull”la güc fərqini aradan qaldırmayıb.







Formula-1