29 sentyabr 2026. Çərşənbə axşamı

Alonso "Formula 1"də yeni dəyişiklik təklif etdi


  • Formula-1
  • 23:50 28.09.2026
  • Oxunma sayı: 44
Alonso "Formula 1"də yeni dəyişiklik təklif etdi

“Formula 1” üzrə ikiqat dünya çempionu, “Aston Martin” pilotu Fernando Alonso müasir hibrid mühərrikli bolidlərdə yarışların daha maraqlı olması üçün təklifini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı pilot batareyanın pik gücünün azaldılmasının, lakin enerjidən istifadə müddətinin artırılmasının tərəfdarı olduğunu bildirib.

“Yəqin ki, batareyanın pik gücünü azaldardım ki, ondan daha uzun müddət istifadə etmək mümkün olsun. Hazırda elektrik gücünün sürətlə ötürülməsi səbəbindən çox sürətli sürətlənmə, enerji tükəndikcə isə kəskin yavaşlama baş verir. Döngəyə girişdə qazı buraxdığınız üçün son 200 metrdə sadəcə hərəkət edirsiniz.

Güc daha uzun müddət istifadə olunması üçün azaldılsa, sürət göstəriciləri yarış avtomobilinin göstəricilərinə daha yaxın olar. Maksimum sürətə düz xəttin ortasında deyil, döngəyə çatanda çatarsınız”, – deyə Alonso “Mundo Deportivo”ya açıqlamasında bildirib.







Formula-1