30 sentyabr 2026. Çərşənbə

Verstappen yeni “Formula-1” bolidlərinin əsas problemini açıqladı


  • Formula-1
  • 23:06 29.09.2026
  • Oxunma sayı: 30
Verstappen yeni “Formula-1” bolidlərinin əsas problemini açıqladı

“Formula-1” üzrə dördqat dünya çempionu, “Red Bull” komandasının niderlandlı pilotu Maks Verstappen yeni nəsil bolidlərin xüsusiyyətlərini yenidən tənqid edib.

90deqiqe.Az-ın “Marca"ya istinadən məlumatına görə, Verstappen bildirib ki, hazırkı avtomobillərdə yarışın nəticəsinə batareyanın imkanları və güc ötürülməsi ciddi təsir göstərir:

“Bu maşınlar heç nəyə yaramır. İndi hər şey batareyadan, gücün ötürülməsindən və ya ötürülməməsindən asılıdır. Məsələn, Monzada tamam fərqli mənzərənin şahidi olduq. Çünki orada batareyanın imkanları ilə məhdudlaşırsan. Rəqibini ötməyi bacarırsan, amma o, dərhal mövqeyini geri qaytarır. Bu, sanki “yo-yo” oyununa çevrilir.

Kənardan baxanda bu ötmələr maraqlı görünə bilər. Amma bunlar əsl ötmələr deyil. Bu, yarış mübarizəsi yox, tamamilə başqa və olduqca mürəkkəb bir şeydir.

Ümid edirəm ki, qarşıdakı illərdə daxiliyanma mühərrikinin gücünün artırılması və batareyanın gücünün azaldılması hesabına vəziyyət yaxşılaşacaq”.

 







Formula-1