- Formula-1
- 23:58 30.09.2026
“Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell 2026-cı il Formula 1 mövsümündə çempionluq uğrunda mübarizə barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, “RacingNews365” Rassellin sözlərini belə çatdırıb.
“Riyazi baxımdan mümkün olduğu müddətdə hər yarışda mübarizəni davam etdirəcəyəm. Amma bu, işimi necə yerinə yetirdiyimi dəyişmir. Hazırda xallar arasında böyük fərq var, lakin bu, heç nəzərə alınmır. Əsas prioritet sadəcə əla temp göstərməkdir.
Düşünmürəm ki, əvvəllər çempionat baxımından özümə hər hansı təzyiq göstərmişəm. Mən özümə performans baxımından təzyiq etmişəm. Çempionatda hazırkı mövqedə olmağımın səbəbi performansımın kifayət qədər güclü olmamasıdır.
Beləliklə, artıq bir müddətdir ki, təzyiq çempionluq uğrunda mübarizə aparmalı olduğumu düşünməkdən deyil, performansımı yaxşılaşdırmaq cəhdlərindən qaynaqlanır. Çünki çempionluq uğrunda yalnız kifayət qədər yaxşı performans göstərdiyin zaman mübarizə apara bilərsən”