- Formula-1
- 23:54 01.10.2026
“MakLaren”in pilotu Lando Norris Azərbaycan Qran-prisindəki insidentdən sonra “Alpin”in sürücüsü Franko Kolapinto ilə aralarında baş tutan söhbətdən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, "GPblog" təcrübəli pilotçunun dediklərini belə çatdırıb.
“ hər şey yaxşı keçdi. Düşünürəm ki, uzun-uzadı danışmağımıza da ehtiyac yox idi. Sözlərimə və dediyim bəzi düzgün olmayan ifadələrə görə ondan üzr istədim. O da öz növbəsində insidentə və qəza ilə bağlı baş verənlərə görə məndən üzr istədi. Bu da yaxşı oldu.
Frankonu çox bəyənirəm. O, çox xoş insandır. Trasda gəzinti zamanı, pilotların brifinqlərində və digər belə vəziyyətlərdə həmişə söhbət edirik. Ona görə də ona qarşı münasibətim yaxşıdır. Sadəcə bir-birimizdən üzr istədik. Bundan artıq heç nə olmadı.
Cərimə məsələsinə gəlincə, burada nəsə demək çətindir. Buna mən qərar vermirəm.
Frankoya demək istədiyim hər şeyi dedim və fikirlərimi, üzrümü məhz onunla bölüşməli idim. Bunu sosial şəbəkələrdə etməyimə ehtiyac yox idi və belə məsələlər üçün sosial şəbəkələrdən istifadə etməli olduğumu düşünmürəm. Lakin ətrafda çoxlu səs-küy və müzakirə var idi. Buna görə də açıq şəkildə üzr istədiyimi və haqsız olduğumu etiraf etdiyimi göstərməyin düzgün olacağını düşündüm.
Düşünürəm ki, ümumiyyətlə, pilotluğumda olduğu kimi, nəyisə səhv etdiyim zaman bunu ilk etiraf edən mən oluram. Bunu televiziyada dediyim üçün hər kəs mənim sözlərimi eşitmişdi. Buna görə də həmin sözlərin mənim həqiqi fikirlərimi tam əks etdirmədiyini nəzərə alaraq, bunu hamı ilə bölüşməyi ədalətli hesab etdim”