- Formula-1
- 23:54 01.10.2026
“MakLaren”in pilotu Lando Norris Azərbaycan Qran-prisindən sonra aldığı mesajların ardından Formula 1-də onlayn təhqirlərlə daha fəal mübarizə aparmağa çağırıb.
90deqiqe.Az-ın məlumatına görə, "ESPN" təcrübəli pilotçunun dediklərini belə çatdırıb.
“Dediklərimi söyləməməli idim. Buna görə də bəzi insanların narazı qalmasını və müəyyən mənada məyus olmasını başa düşürəm. Bu, tamamilə normaldır. Aydındır ki, bəzən, özü də kifayət qədər tez-tez, müəyyən hədd aşılır. Bu, sadəcə kimdənsə narazı olmaq deyil, daha pis, çox daha pis bir şeydir.
Amma ümumilikdə fikrimi bildirməkdən, nəyisə bəyənib-bəyənmədiyimi və ya hansısa məsələdə razı olub-olmadığımı söyləməkdən çəkinmirəm. Bilirəm ki, hər kəsi razı sala bilmərəm və heç vaxt hamı sənin tərəfində olmayacaq. Düşünürəm ki, bu, tamamilə normaldır. Həyat belədir və sonda bununla barışmalı olursan”
Daha sonra britaniyalı pilot belə hərəkətlərə görə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) pilotları diskvalifikasiya etməli olduğunu bildirib. Bu açıqlama sosial şəbəkələrdə tənqid dalğasına səbəb olub.
Norris yarışdan sonra təhqiramiz mesajlar aldığını da açıqlayıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisində Norris Franko Kolapintonun səbəb olduğu qəza nəticəsində yarışı başa çatdıra bilməyib.