- Formula-1
- 23:54 01.10.2026
Almaniyanın “Sky Sport Germany” telekanalı Qətər Qran-prisinin Losail, eləcə də Abu-Dabi Qran-prisinin Yas-Marina trasında təqvimə uyğun keçiriləcəyini təsdiqləyib.
90deqiqe.Az-ın məlumatına görə, hər iki mərhələ Formula 1 təqvimində dəyişiklik edilmədən qalacaq. Qətər Qran-prisi noyabrın sonunda, mövsümün final mərhələsi olan Abu-Dabi Qran-prisi isə ənənəvi olaraq dekabrda keçiriləcək.
Qeyd edək ki, Formula 1 üzrə növbəti mərhələ – Bəhreyn Qran-prisi oktyabrın 2-dən 4-dək Malayziyanın Sepanq trasında baş tutacaq.
16 mərhələdən sonra pilotların şəxsi hesabında “Mercedes”in italiyalı sürücüsü Andrea Kimi Antonelli liderdir. İkinci pillədə onun britaniyalı komanda yoldaşı Corc Rassell qərarlaşıb. İlk üçlüyü isə “Ferrari”nin pilotu, yeddiqat dünya çempionu Lyuis Hemilton tamamlayır.