- Formula-1
- 23:37 02.10.2026
“Red Bull”un pilotu Maks Verstappen Bəhreyn Qran-prisinin ilk sərbəst yürüşündə ən yaxşı nəticəni göstərsə də, ikinci məşqdə fərqli proqram üzrə çalışıb.
90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot yumşaq təkərlərlə dövrə vurmaqdan imtina edərək uzun seriyalı sürüşlərə üstünlük verib.
“Düşünürəm ki, yaxşı başladıq, amma tras kifayət qədər çətindir. Burada hava çox istidir, buna görə də təkərlərin yeyilməsi yüksəkdir. Hələ çox şeyi anlamalıyıq. Ümumilikdə isə gün müsbət keçdi.
İrəliləyiş əldə etmək asan deyil. İkinci məşqdə hava yenə daha isti idi və fərqli proqram üzrə işlədik. Buna görə də irəliləyişə nail olub-olmadığımızı demək çətindir. Hələ çox şeyi öyrənməli və daha yaxşı anlamalıyıq”, – deyə Ferstappenin sözlərini “RacingNews365” yayıb.
Yumşaq təkərlərdən niyə istifadə etmədiyini açıqlayan pilot bunun yağış ehtimalı ilə bağlı olduğunu bildirib:
“Yağış yağacağı təqdirdə uzun seriya sürmək istəyirdim”.
Qeyd edək ki, ikinci sərbəst yürüş başlamazdan əvvəl yağış ehtimalı 90 faiz qiymətləndirilirdi. Lakin sonda yağış yağmayıb.
Beləliklə, dördqat Formula 1 dünya çempionu kvalifikasiya hazırlığının bir hissəsindən imtina edərək uzunmüddətli sürüşlərə fokuslanıb.