- Formula-1
- 23:37 02.10.2026
“Ferrari”nin pilotu, yeddiqat Formula 1 dünya çempionu Luis Həmilton “Aston Martin”in Fernando Alonso ilə müqaviləni uzatmasına münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, britaniyalı pilot 45 yaşlı ispaniyalının böyük istedada malik olduğunu vurğulayıb.
“Düzünü desəm, onun istedadı ilə müqayisə oluna bilməyəcək çoxlu pilot var. Lakin hazırda Fernando bu istedadını nümayiş etdirə biləcəyi vəziyyətdə deyil”, – deyə Hamilton jurnalistlərlə söhbətində bildirib.
Qeyd edək ki, ikiqat dünya çempionu Fernando Alonsonun “Aston Martin”lə yeni müqaviləsi 2027-ci ilin sonuna qədər nəzərdə tutulub.
Qeyri-rəsmi məlumatlara görə, ispaniyalı pilot 2027-ci ildə komandadan 38 milyon avro məvacib alacaq.
Xatırladaq ki, Alonso daha əvvəl Formula 1-də qalmaq qərarına təsir edən məqamı açıqlayıb.