4 oktyabr 2026. Bazar günü

Rassel “Mercedes”in Malayziyadakı nəticəsini şərh etdi


  • Formula-1
  • 23:45 03.10.2026
  • Oxunma sayı: 52
Rassel “Mercedes”in Malayziyadakı nəticəsini şərh etdi

“Mercedes” pilotu Corc Rassel Formula 1 üzrə Malayziya Qran-prisinin sıralanma turundakı nəticəsini şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, Rassel bu barədə “Mercedes”in mətbuat xidmətinə açıqlamasında deyib.

 “Bu gün bizim üçün çətin keçdi və bu, nəticədə də öz əksini tapdı. Şənbə günü bu il ərzində bizim üçün ən çətin gün oldu. Burada hava çox istidir, asfalt isə yüksək aşındırıcılığa malikdir. Yapışmanın aşağı olması səbəbindən dövrə vaxtı 2017-ci ildə buraya son səfərimizlə müqayisədə bir neçə saniyə daha yavaşdır.

Bəlkə də bu, digər traslarla müqayisədə nəticələrimizə təsir göstərib. Lakin bu həftəsonu əsas rəqiblərimizlə müqayisədə daha ciddi çətinliklərlə üzləşdik. Malayziyada bizim üçün hər şeyin bu qədər çətin olacağını gözləmirdik. Səbəbləri anlamaq üçün əlimizdən gələni edəcəyik.

Bugünkü nəticələr bizi məyus edib. Lakin sabah bizi tamamilə fərqli sınaq gözləyir. Çox güman ki, yarışın gedişində təkərlərin yüksək aşınması həlledici amil olacaq. Buna görə də əsas məsələ bütün məsafə ərzində təkərləri yaxşı vəziyyətdə saxlamaqdır.

Mövqelərimizi yaxşılaşdırmalıyıq. Amma bilirik ki, lazımi tempə sahib olduğun halda bu trasda ötmələr mümkündür. Əlimizdən gələni edəcəyik ki, vəziyyəti düzəldək”

Qeyd edək ki, britaniyalı pilot sıralanmanı səkkizinci pillədə başa vurub.







Formula-1

 “Bu, mənim səhvimdir”
  • Formula-1
  • 23:53 03.10.2026
“Bu, mənim səhvimdir”