4 oktyabr 2026. Bazar günü

Maks Verstappen Malayziya Qran-prisində mövsümdə ilk qələbəsini qazanıb


  • Formula-1
  • 15:12 04.10.2026
  • Oxunma sayı: 48
Maks Verstappen Malayziya Qran-prisində mövsümdə ilk qələbəsini qazanıb

“Red Bull” komandasının niderlandlı pilotu Maks Verstappen “Formula-1” üzrə Malayziya Qran-prisində finiş xəttini ilk keçib.

90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı dördqat dünya çempionu bununla cari mövsümdə ilk qələbəsini əldə edib.

“Mercedes”dən Andrea Kimi Antonelli yarışı ikinci, “Ferrari” pilotu Luis Həmilton isə üçüncü pillədə başa vurub.

“Mercedes”in digər pilotu Corc Rassell 50-ci dövrəyədək üçüncü yerdə hərəkət edib. Lakin onun bolidində yaranan mühərrik problemi səbəbindən britaniyalı yarışı tamamlaya bilməyib.

Qeyd edək ki, yağış səbəbindən 1 saat 24 dəqiqə gec başlayan Malayziya Qran-prisi Sepanq avtodromunda keçirilib.







Formula-1

 “Bu, mənim səhvimdir”
  • Formula-1
  • 23:53 03.10.2026
“Bu, mənim səhvimdir”