- Formula-1
- 23:38 07.10.2026
Dördqat dünya çempionu, “Red Bull” komandasının niderlandlı pilotu Maks Verstappen yeni müqaviləsinin müddəti başa çatdıqdan sonra "Formula 1"dən ayrıla biləcəyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, pilot bildirib ki, karyerasını davam etdirmək üçün özünü 100 faiz hazır hiss etməsə, başqa fəaliyyətlərə və ailəsinə daha çox vaxt ayırmağı düşünəcək.
“Burada qalmaq o demək olardı ki, həyatımın yarısından çoxunu Formula 1-ə həsr etmişəm. Bu isə yəqin ki, həddindən artıq çoxdur. Bir neçə illik yeni müqavilə imzalamışam. Daha sonra yenidən özümə sual verəcəyəm: ‘100 faiz gücümü ortaya qoya bilirəmmi?’ Əgər cavab xeyr olsa və ya vaxtımı daha çox ayırmağa dəyər başqa maraqlı işlər ortaya çıxsa, bəlkə də davam etməyəcəyəm.
Mən həmçinin evdə daha çox vaxt keçirmək və uşaqlarımın böyüməsini görmək istəyirəm”, – deyə Verstappenin sözlərini “Sky Sports” yayıb.
Qeyd edək ki, Maks Verstappenin “Red Bull”la yeni müqaviləsi 2030-cu ilin sonuna qədər qüvvədədir.