- Formula-1
- 23:59 08.10.2026
“Aston Martin” pilotu Fernando Alonso 2027-ci ildə “Dakar” rallisində iştirak edəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
90deqiqe.Az-ın məlumatına görə,ispaniyalı pilot belə bir proqramı Formula 1 mövsümü ilə paralel şəkildə həyata keçirməyin fiziki baxımdan mümkün olmadığını bildirib.
“Bu barədə yayılan söz-söhbətləri oxumuşam. Amma düşünürəm ki, fiziki baxımdan bu, mümkün deyil. Formula 1 çempionatı ilə “Dakar” kimi bu qədər tələbkar proqramları bir araya gətirmək demək olar ki, qeyri-mümkündür”, – deyə Alonso “RacingNews365”ə açıqlamasında bildirib.
Alonso “Red Bull” pilotu Maks Ferstappenin də sınadığı GT3 kateqoriyasında iştirak etməyəcəyini də vurğulayıb.
“Bu kateqoriyada heç vaxt özümü sınamamışam. Bu, çox ciddi hazırlıq tələb edir. İnsanlar qarşıdakı çağırışların asan olacağını düşünürlər. Lakin uğur qazanmaq üçün çoxlu hazırlıq, qətiyyət və şans lazımdır. Buna görə də növbəti çağırışı qəbul etdiyim zaman bunu özüm açıqlayacağam. Bu, söz-söhbət şəklində olmayacaq. Şəxsən özüm elan edəcəyəm. Yetərincə hazır olduğumu və riskin buna dəyər verdiyini düşündüyüm zaman bu baş verəcək”, – deyə Alonso əlavə edib.
Qeyd edək ki, daha əvvəl Alonso karyerasında ikinci dəfə “Dakar” rallisində iştirak edə biləcəyi barədə məlumat yayılmışdı. O, 2020-ci ildə yarışda artıq iştirak edib.
Alonso 2027-ci il mövsümündə “Aston Martin”də çıxış edəcəyini təsdiqləyib və daha əvvəl yaxın gələcəkdə “daha çox sürprizlərin” olacağına işarə edib.