9 oktyabr 2026. Cümə

“Ferrari”dən Həmilton və Leklerlə bağlı qeyri-adi açıqlama


  • Formula-1
  • 23:59 08.10.2026
  • Oxunma sayı: 31
“Ferrari”dən Həmilton və Leklerlə bağlı qeyri-adi açıqlama

“Ferrari” pilotları Luis Həmilton və Şarl Lekler Sinqapurda komandanın sosial şəbəkə hesablarına giriş əldə ediblər.

90deqiqe.Az-ın məlumatına görə, cütlük cümə axşamı ərzində bir neçə saat komandanın hesablarında foto və videolar paylaşıb. Paylaşımlar arasında “Skuderiya”nın motorhomundan görüntülər də olub. Bundan əlavə, pilotlar müxtəlif kamera filtrlərini sınaqdan keçirib, komandanın profil şəklini öz selfiləri ilə əvəzləyib, digər pilotların paylaşımlarına şərhlər yazıb və azarkeşlərlə ünsiyyət qurublar.

Bundan sonra “Ferrari” hadisə ilə bağlı yumoristik açıqlama yayıb:

“Ferrari” son iki saat ərzində təşkilat daxilində iki şəxsin sosial media hesablarımıza icazəsiz giriş əldə etdiyini təsdiqləyir. Bu müddət ərzində profil şəklinin dəyişdirilməsi və standart razılaşdırma prosedurundan keçməyən məzmunların paylaşılması da daxil olmaqla, bir sıra kifayət qədər şübhəli redaksiya qərarları qəbul edilib.

İki şübhəlinin kimliyi müəyyənləşdirilib və vəziyyət nəzarət altındadır. Hesablarımıza giriş tam şəkildə bərpa olunub. Bu görünməmiş hadisə zamanı anlayış göstərdikləri üçün azarkeşlərimizə təşəkkür edirik”.







Formula-1

 “Bu, mənim səhvimdir”
  • Formula-1
  • 23:53 03.10.2026
“Bu, mənim səhvimdir”